Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:14

Vladiqafqazda azərbaycanlılar da terror qurbanı olub



Vladiqafqazda törədilən terror aktında ölən və yaralananlar arasında Azərbaycan vətəndaşlarının olduğu təsdiqlənib. Terror aktı ilə əlaqədar Vladiqafqaz şəhər administrasiyasında yaradılan “Qaynar xətt”dən APA-nın sorğusuna cavab olaraq bildiriblər ki, baş verən partlayış nəticəsində ölən və yaralananlar arasında azərbaycanlıların olmasını dəqiqdir.
“Ria Novosti”isə xəbər verir ki, ölənlıər arasında iki azrəbaycanlı, yaşlı qadın və onun 18 aylıq nəvəsi də var. Qadın gəlini və nəvələriylə bazarın yaxınlığından keçirmiş. Ailənin digər üzvləri də ağır yaralanıb və hazırda onları xüsusi təyyarə ilə Moskvaya aparıblar.
Yaralananlar arasında da 10-dan çox azərbaycanlı var.
Cənubi Osetiyada baş vermiş partlayışda 17 adam ölüb, yaralananların sayı 120-ni ötüb.
İntiharçı Vladiqafqazdakı mərkəzi bazarın girəcəyində minalanmış maşın partladıb.
Partlayış 30 kq trotil gücündə olub.
Sentyabrın 10-u Şimali Osetiyada matəm günü elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG