Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:46

Anti-semitizm fikirli bankir vəzifəsini itirdi



Almaniya Mərkəzi Bankının İdarə heyətinin üzvü Thilo Sarrazin istefaya gedib. O, yəhudilər və müsəlmanlar əleyhinə fikirlər səslənən “Almaniya özünü məhv edir: Biz millətimizin gələcəyi ilə necə risk edirik” kitabının müəllifidir.
Dövlət bankından deyiblər ki, Sarrazin öz işini bu ayın sonunda tərk edəcək.

Mərkəzi bankın veteranlarından olan Thilo Sarrazin yəhudilər əleyhinə “onların hamısı eyni geni daşıyırlar” kimi fikirlər səsləndirib. O, həmçinin Almaniyadakı türk, ərəb icmalarına qarşı da təhqiramiz ifadələr işlədib.

Almaniya kansleri bankirin bu ifadələrinin tamamilə yolverilməz olduğunu deyib və Mərkəzi Bankı onu işdən qovmağa çağırıb.
XS
SM
MD
LG