Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:44

Vladiqafqazdakı partlayışla bağlı 3 adam həbs edilib



Rusiya təhlükəsizlik xidmətinin rəhbəri Alexsandr Bortnikov bildirib ki, Vladiqafqazdakı partlayışla bağlı şübhəli bilinən üç şəxs həbs edilib.
Rusiya prezidenti Dmitri Medvedyev and içib ki, günahkarların tapılması üçün mümkün olan hər şeyi edəcək. Baş nazir Vladimir Putin müsəlman icma rəhbərləri ilə görüşündə müsəlmanları ekstremist qüvvələrinin kökünü kəsməyə kömək etməyə çağırıb.
Cənubi Osetiyada baş vermiş partlayışda 16 adam ölüb, yaralananların sayı 120-ni ötüb.
İntiharçı Vladiqafqazdakı mərkəzi bazarın girəcəyində minalanmış maşın partladıb.
Partlayış 30 kq trotil gücündə olub.
Yaxınlarını itirmiş hər bir ailəyə milyon rubl kompensasiya ödəniləcək.
Sentyabrın 10-u Şimali Osetiyada matəm günü elan edilib.
XS
SM
MD
LG