Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:54

Cənub rayonlarda orucluq bu gün bitir


Azərbaycanın İranla həmsərhəd rayonlarında Ramazan bayramının namazı 10 sentyabr saat 11-00-ə nəzərdə tutulub. Dünən iftar süfrəsindən sonra məscidlər bu barədə elan veriblər.

Astara dindarlarından Hacı Faiq Cəfərzadənin sözlərinə görə, ay ramazan ayının 28-də görünə bilməz. Buna görə də cənub rayonlarında oruc bu gün başa vurulacaq.

Dindarlar deyir ki, İranda da Ramazan bayramı bu gün qeyd olunur. Halbuki, Şamaxı Rəsədxanası bəyan etmişdi ki, ay ramazanın 28-ci günündə - yəni sentyabrın 7-də görünməyə başlayıb.

İranla həmsərhəd rayonların əhalisi dini məsələlərdə qonşularına daha üstünlük verirlər. Belə hesab edirlər ki, şiələrin dini rəhbəri İranda yaşayırsa, onlar da bu ölkənin tələblərinə əməl etməlidirlər.
XS
SM
MD
LG