Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:28

Satışda balın 1 kiloqramı 15 manatdan çox olmayacaq



Sentyabrın 20-də Bakıda arıçılıq məhsullarının satış yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin idarə rəisi Çingiz Fərəcov Lent.az-a açıqlamasına yarmarkanın 20 gün davam edəcəyini söyləyib. Onun sözlərinə görə, Xətai rayonu ərazisində, “Bakı” kinoteatrının yaxınlığında təşkil ediləcək satış yarmarkaya müxtəlif regionlardan olan 800-dək arıçılıq təsərrüfatından məhsullar təqdim olunacaq.

İdarə rəisi bu il Azərbaycanda bal istehsalının aşağı düşdüyünü də söyləyib. Çingiz Fərəcov deyib ki, bu il yerli təsərrüfatlarda maksimum 900-1000 ton bal istehsal olunub. Halbuki ötən il ölkədə 1600 tondan çox bal tədarük olunmuşdu. Yeni mövsümdə isə havaların yağışlı və şaxtalı keçməsi arıçılıq təsərrüfatlarına xeyli ziyan vurub. Bu səbəbdən də bu il yarmarkaya çıxarılacaq arıçılıq məhsulları əvvəlki illərdəkindən az olacaq.

“Amma çalışacağıq ki, xəstələr, əlillər, yoxsul təbəqədən olan insanlar bu satış yarmarkasından bəhrələnsinlər. Biz həm də arıçılarla razılığa gəlmişik ki, yarmarkada satışa çıxarılacaq balın 1 kiloqramının qiyməti 15 manatdan yuxarı olmasın. Çünki indiki dövrdə kasıb adamlar üçün 15 manat çox böyük puldur. Lakin biz çalışacağıq ki, onlar 15 manata təmiz bal ala bilsinlər” - deyə, Çingiz Fərəcov əlavə edib.

XS
SM
MD
LG