Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:21

Quranı yandırmaq planı ləğv edilməyib



ABŞ-ın Florida ştatının keşişi deyir ki, 2001-ci ildə sentyabrın 11-də ABŞ-da törədilən terror aktının ildönümü günü Quranın nüsxələrini yandırmaq planı yalnız təxirə salınıb, ləğv edilməyib.
Keşiş Terry Cons dünən bildirib ki, o, terror aktı törədilən ərazidə tikiləcək İslam Mərkəzinin başqa yerə köçürülməsi ilə bağlı layihə rəhbərləri ilə razılığa gələndən sonra Quranın yandırılması niyyətindən daşınıb. Amma sonradan məlum olub ki, tikinti elə burda davam edəcək. Terry Cons deyir ki o, Florida imamı tərəfindən aldadılıb. Buna görə də Quranı yandırmaqla bağlı yenidən fikirləşir.
Jonsun Quranı yandırmaq niyyətini rəhbəri olduğu Floridanın Göyərçin Dünya Ünsiyyət Mərkəzinin icması dəstəkləyir. 50 dindarın birləşdiyi icma bununla 11 sentyabr terror aktları qurbanlarının xatirəsini yad eləmək istəyir.

Ancaq bu niyyəti ABŞ prezidenti Barak Obama və dünyanın müsəlman ölkələrinin liderləri etirazla qarşılayıb və icmanı bu fikirdən daşınmağa çağırıb.


XS
SM
MD
LG