Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:44

Iran üç amerikalıdan birini buraxacaq


İranın rəsmiləri deyirlər ki, İslam hökuməti tezliklə bir ildən çox həbsdə olan üç amerikalı səyahətçidən biri Sara Shourdu azadlığa buraxacaq. Qərb xəbər agetnlikləri İranın BMT-dəki diplomat missiyasına istinadla bildirirlər ki, Shourd tezliklə azad olunacaq. O, Tehranın Evin həbsxanasında saxlanarkən saglamlıq problemlərindən əziyyət çəkib.
Cümə axşamı İran rəsmiləri bildiriblər ki, Sara Shourd şənbə günü azadlığa buraxıla bilər.
Şənbə günü müqəddəs Ramazan bayramının son gününə təsadüf edir.
Amma digər həbs edilmiş iki amerikalıyla bağlı heç bir söz deyilmir.
Hər üç amerikalı 2009-cu ildə səyahət zamanı İrana İraqdan keçiblər.
İran kəşfiyyatı onları casusluqda ittiham edir. Amerika hökuməti onların casus olmasını inkar edir.
Amerikalıların ailələri isə onların İran sərhəddini bilməyərəkdən keçdiyini söyləyir.
XS
SM
MD
LG