Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

Avropa Parlamenti romaları deportasiya etməməyə çağırıb


Avropa Parlamenti Fransa hökumətini ölkədən Avropa Birliyi vətəndaşları olan romaların çıxarılmasını təcili dayandırmağa çağıran qətnamə qəbul edib.

Sağmərkəzçi Sarkozi hökuməti avqustdan bu yana Bolqarıstan və Rumınyadan olan minə yaxın romanı ölkədən deportasiya edib.

Fransanın Avropa məsələləri üzrə naziri Pyer Leluş Rumınyanın hakim dairələrini romaların inteqrasiyası üçün təcili plan hazırlamağa çağırıb və bildirib ki,

Avropa Birliyi bu məqsədə milyard avro ayırıb.

Pyer Leluş və immiqrasiya məsələləri üzrə nazir Erik Besson bu gün Buxarestə birgünlük səfərə gediblər.
XS
SM
MD
LG