Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:38

Obama Quranı yandırmamağa çağırıb


ABŞ prezidenti Barak Obama ölkədəki kiçik xristian kilsəsini sentyabrın 11-də Quranı yandırmaq fikrindən daşınmağa çağırıb.

Barak Obama televiziya ilə çıxışında bu addımın olduqca təhlükəli və Amerikanın dəyərlərinə zidd olduğunu bildirib.

Həmçinin hərbçilər xəbərdarlıq edib ki, bu hərəkət Əfqanıstan və digər ölkələrdə ABŞ ordusuna ciddi problemlər yarada bilər.

Iraqın baş naziri Nuri əl Maliki bildirib ki, bu cür addım ekstremist qüvvələr üçün bəhanəyə çevrilə bilər.

Həmçinin İndoneziya, Pakistan və Hindistan Florida ştatındakı kiçik xristian icmasının bu planını ittiham ediblər.

50 dindarın birləşdiyi icma bununla 11 sentyabr terror aktları qurbanlarının xatirəsini yad eləmək istəyir.


XS
SM
MD
LG