Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:24

Azərbaycan 79-cu yerdədir


«Forbes» jurnalı biznes üçün ən yaxşı ölkələrin siyahısını açıqlayıb. 128 ölkəni əhatə edən siyahıda Azərbaycan 79-cu yerdədir. Ermənistan 96-cı, Rusiya 97-ci, Gürcüstan isə 61-ci pillədə qərarlaşıb.

Biznes üçün ən yaxşı ölkə Danimarka hesab olunur. İkinci və üçüncü yerdə Honq Konq və Yeni Zelandiya gəlir. Reytinq cədvəlində sonuncu yerdə Venesueladır.

Reytinq tərtib edilərkən ölkədəki şirkətlər üzərinə düşən vergi yükü, əmlak hüququ, korrupsiyanın səviyyəsi, bürokratiya, səhmdarların maraqlarını qoruyan mexanizm və fond bazarlarının göstəriciləri əsas götürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG