Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:21

Azərbaycan 6 pillə geriləyib


Ümumdünya İqtisadi Forumu iqtisadi rəqabətlilik reytinqini açıqlayıb
Ümumdünya İqtisadi Forumu iqtisadi rəqabətlilik reytinqini açıqlayıb
Ümumdünya İqtisadi Forumu 2010-2011-ci illər üzrə 139 ölkənin iqtisadi rəqabətlilik reytinqini açıqlayıb. Azərbaycan siyahıda 57-ci yerdədir.

Ötən illə müqayisədə Azərbaycan altı pillə geriləyib. İlk üçlükdə İsveçrə, İsveç və Sinqapur gəlir. Onluqda sonrakı yerləri ABŞ, Almaniya, Yaponiya, Finlandiya, Niderland, Danimarka və Kanada tutur.

Rusiya siyahıda 63-cü, Türkiyə 61-ci, İran 69-cu, Gürcüstan 93-cü, Ermənistan isə 98-ci pillədə yer alıb.

Siyahıda sonuncu - 139-cu yerdə Çad Respublikası qərarlaşıb.

Ölkələrin iqtisadi rəqabətlilik reytinqi 10 meyar üzrə aparılıb. Bunlar bazar institutlarının yetkinliyi, infrastrukturun inkişafı, makroiqtisadi sabitlik, texnoloji inkişaf, təhsil və səhiyyə səviyyəsi və s.-dir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG