Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:25

Dəmiryolu İdarəsi gücləndirilmiş iş rejiminə keçib


Dövlət Dəmiryolu İdarəsi bayram günləri ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə AzadlıqRadiosuna Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, Ramazan bayramı ilə bağlı rayonlara gedənlər xeyli çoxalıb. Bu baxımdan da İdarə ötən gün xəttə əlavə olaraq 30 vaqon buraxıb. Bu gün daha əlavə 15 vaqonun xəttə buraxılacağı planlaşdırılır:

«Əgər adi günlərdə 2700-2800 bilet satılırdısa, ötən gün 4500 bilet satılıb. Bu gün xəttə 15 vaqon qoşulmalıdır və əgər yenə zərurət yaranasa, əlavə daha bir neçə vaqon qoşulacaq».

Nadir Əzməmmədovun sözlərinə görə, adi günlərdə bütün istiqamətlər üzrə gedən qatarlara beş-altı vaqon qoşulur. Mətbuat Katibliyinin rəisi bildirir ki, bayram günləri ilə bağlı ən çox sərnişin axını qərb rayonları istiqamətindədir.
XS
SM
MD
LG