Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:30

Müavinətlər artırıldı


Prezident İlham Əliyev aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə fərman imzalayıb. Fərmanda sosial müavinətlərin məbləği müəyyənləşdirilib.

Yaşa görə müavinət - 50 manat; əlilliyə görə 35-55 manat, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 55 manat; ailə başçısını itirməyə görə müavinət - 45 manat; döyüşlərdə iştirak edən şəxslər üçün – 30 manat müəyyənləşib.

Prezidentin fərmanına görə, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə 30 manat müavinət veriləcək.

Prezident məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında sərəncam verib. Müavinətin məbləğinin 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi qərara alınıb.
XS
SM
MD
LG