Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:06

Həmsədrlər Yerevanda danışıqlar aparacaq


ATƏT-in Minsk qrupunun həmsədrləri, eləcə də fəaliyyətdə olan ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik sentyabrın 9-da Yerevanda olacaqlar. Bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Həmsədrlər Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. Vasitəçilərin səfəri çərçivəsində erməni tərəfi ilə Dağlıq Qarabağ münaqişəsinin yenilənmiş Madrid prinsipləri əsasında nizamlanması ilə bağlı məsləhətləşmələri davam etdirəcəkləri gözlənilir.

Ötən axşam həmsədrlər Xankəndidə olublar və Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüblər. Bundan əvvəl isə onlar Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparıblar./AnsPress/

Günün bütün mövzuları

XS
SM
MD
LG