Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:26

Ermənistanda əsgərə zabitinin əmrlərindən şikayət hüququ verirlər


Qarabağda erməni əsgərləri

Qarabağda erməni əsgərləri

Ermənistan ordusunda əsgərlərin bir-birinə qarşı zorakılığından sonra Müdafiə Nazirliyi Ordunun İntizam Məcəlləsinə dəyişikliklər hazırlayaraq təsdiq üçün ölkə parlamentinə göndərib. Yeni dəyişiklikdə təcrübəli əsgərlər öz komandirlərinin əmrlərindən şikayət etmək imkanı nəzərdə tutulur.

Yeni sənəddə qeyd edilir ki, daha çox xidmət keçmiş əsgərlər komandirlərinin qərarlarının açıq-aşkar Ermənistanın konstitusiyası və qanunlarına zidd olduğunu görsələr, bundan daha yüksək vəzifəli zabitlərə şikayət edə bilərlər. Amma sənəddə yeni çağırışçılar və təzə əsgərlərin də belə hüquqlarının olub-olamaması haqqında bir şey qeyd edilmir.

Təklifdə o da bildirilir ki, çox xidmət edən əsgərlər də döyüş zamanı, silahlı keşikdə olarkən və təlim vaxtı komandirlərinin tapşırıqlarından şikayət verə bilməzlər.
Cəsədi tapılan zabit Artak Nazaryan

Başqa bir dəyişiklik təklifinə görə sovet zamanından miras qalmış nizamnaməni pozan əsgərin məcburi şəkildə bir həftəlik xüsusi intizam işlərinə cəlb edilməsi ləğv olunur.

Sentyabrın 7-də sənədi parlamentin Müdafiə və Təhlükəsizlik komitəsinə təqdim edərkən Müdafiə nazirinin müavini Armen Nazaryan bildirib ki, onlar bu sənədlə iyul-avqust aylarında orduda əsgərlərin həlak olması ilə nəticələnmiş səs-küylü hadisələrin bir daha təkrarlanmasının qarşısını almağa çalışırlar.

Bu ilin iyul ayında 30 yaşlı leytenant Artak Nazaryanın cəsədi Ermənistanla Azərbaycanın sərhədi yaxınlığında tapılmışdı. Araşdırmalara görə o, komandirlərinin və üç əsgərin pis davranışlarından sonra özünə qəsd etmişdi. Amma zabitin yaxınları onun qətlə yetirildiyini deyirdilər.

Nazaryanın ölümündən bir gün əvvəl Qarabağda olan erməni əsgərlərindən beşi və bir zabit müəmmalı şəkildə qətlə yetirilmişdi. Ordu rəsmiləri həmin əsgərlərdən birinin zabiti ilə mübahisədən sonra özünü öldürdüyünü bildirirlər.

Bu hadisələr Ermənistan ordusunda xroniki zorakılıqlar, korrupsiya və pis idarəçiliyə diqqət çəkmişdi. Buna görə səkkiz yüksək rütbəli zabit ordudan qovulub, onlarla zabitin də rütbələri azaldılıb.

Yeni təklifləri alan parlament komissiyasının sədri də bildirib ki, o, qəbul edilsə, ordunun problemlərinin bir çoxunu həll oluna bilər, amma əsgərlərin öz komandirlərindən necə şikayət edəcəklərinə dair prosedur tam aydın işlənməlidir.

Orduda cinayətkarlıq hallarını yaxından izləyən insan haqları fəalı Artur Sakunts isə parlamentə təqdim edilən sənədin qəbul edilsə belə, çox şeyi dəyişməyəcəyini düşünür. O hesab edir ki, bu, orduda baş verən həmin biabırçılıqlardan sonra ictimaiyyəti sakitləşdirmək üçün düşünülən uğursuz bir addımdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG