Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:06

Məcburi köçkünlərə yemək xərci üçün verilən müavinət artırıldı


Azərbaycan prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə sərəncam imzalayıb.

Sənədə əsasən məcburi köçkünlərə adambaşına yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2010-cu il sentyabrın 1-dən artırılaraq 15 manat müəyyən edilməsi qərara alınıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
XS
SM
MD
LG