Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:52

ABŞ rəsmisi müxalifət liderləri ilə görüşüb


Azərbaycanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi, Tina Kaydanau Azərbaycan Xalq Cəbhəsi
Partiyasının sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər və Ümid Partiyasının sədri İqbal Ağazadə ilə görüşüb.

Görüşdə Azərbaycanda hazırkı ictimai-siyasi vəziyyət, demokratik seçkinin prinsipləri, seçkilərə siyasi partiyaların münasibəti, müxalifətin seçkilərdə iştirakı, “Sərbəst toplaşmaq haqqında” qanun, Seçki Məcəlləsinin tələblərinə riayət olunması, təşviqat üçün efir vaxtının ayrılması və digər məsələlər müzakirə olunub.

Görüşdə Cənubi Qafqazdakı ümumi vəziyyətə də toxunulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG