Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:30

Toni Bler kitabının təqdimatını təxirə salmalı olub


Böyük Britaniyanın baş naziri Toni Bler etiraz aksiyasından ehtiyat etdiyinə görə, yeni kitabının Londonda nəzərdə tutulmuş növbəti təqdimatını təxirə salıb.

Toni Bler həmçinin mərasimin keçirilməli olduğu kitab mağazasında oxucularıyla görüşdən imtina etməli olub.
Bu barədə Blerin nümayəndəsi xəbər verir.

Toni Bler baş nazir olduğu deövrdə kitabında ölkəsinin İraq müharibəsinə qoşulmasına haqq qazandırır.

Ötən həftənin sonunda Dublində keçirilmiş təqdimat mərasimində müharibəyə qarşı çıxan təşkilatların fəalları Toni Blerə ayaqqabı və yumurta atmışdılar.

Günün bütün mövzuları

XS
SM
MD
LG