Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:58

ABU-nun tələbələrinin taleyinə aydınlıq gətiriləcək


Sentyabrın 8-də Azərbaycan Beynəlxalq Universitetinin tələbələrinin digər özəl ali məktəblərə köçürülməsi ilə bağlı əmrlərin açıqlanacağı gözlənilir. Bu barədə məlumat Təhsil Nazirliyinin internet saytında yerləşdiriləcək.

Təhsil nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, universitet 2700 tələbəsinin olduğunu bildirsə də, onların yalnız 1300-nün test üsulu ilə qəbul olduğu müəyyənləşib. Ona görə də nazirlik özəl universitetlərə yalnız 1300 nəfəri yerləşdiriləcək. Tələbələrin köçürülməsi yeni dərs ili başlayana qədər başa çatacaq.

Təhsil naziri Misir Mərdanovun əmri ilə sentyabrın 1-dən Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb.
XS
SM
MD
LG