Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 08:35

Niderland Krallığı Senatının sədrinin Azərbaycana səfəri davam edir


Niderland Krallığı Senatının sədri Rene van der Lindenin Azərbaycana səfəri davam edir.

Səfərin məqsədi Azərbaycanla Niderland Krallığı parlamentləri arasında əlaqələrin inkişafına, eləcə də digər sahələrdə münasibətlərin daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparmaqdır.

Səfər çərçivəsində Rene van der Linden Milli Məclisin sədri Oqtay Əsədov, beynəlxalq münasibətlər və parlamentlərarası komitənin üzvləri və digər rəsmi şəxslərlə görüşəcək.

Səfər sentyabrın 10-da başa çatacaq.
XS
SM
MD
LG