Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:38

Həmsədrlər cəbhə bölgəsindədirlər


Sentyabrın 8-də ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə bölgəsinə gediblər.

Onlar Tərtər rayonunun Tərtər-Ağdərə yolundakı təmas xəttində keçiriləcək monitorinqi izləyəcək, monitorinq zamanı onların təmas xəttinin qarşı tərəfinə keçməsi planlaşdırılır.

Həmsədrlər sentyabrın 7-də Bakıda prezident İlham Əliyev, xarici işlər naziri və Dağlıq Qarabağın bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin üzvləri ilə görüşüblər.

Fransalı həmsədr Bernar Fasye jurnalistlərə müsahibəsində Bakıda çox məzmunlu kommunike imzaladıqlarını deyib, həmin kommunikedə növbəti həftələr və aylar ərzində işləmək təklif edilir.

Həmsədrlərin bu gün Xankəndində, sabah isə Yerevanda görüşləri nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG