Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 08:48

DAK Gənclər Təşkilatı aksiya üçün yer istəyib


Dünya Azərbaycanlıları Konqresi (DAK) Gənclər Təşkilatı Mixail Qorbaçovun Azərbaycana gəlişinə qarşı etiraz aksiyası keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

DAK Gənclər Təşkilatının başqanı Seymur Həsənli AzadlıqRadiosuna deyib ki, icra hakimiyyətinin verəcəyi cavabdan asılı olmayaraq onlar istənilən yerdə aksiya keçirməkdə israrlıdırlar.

«World Leaders Travel» şirkətinin təşkil etdiyi səfər proqramı çərçivəsində bir qrup keçmiş lider, o cümlədən Mixail Qorbaçovun sentyabrın 8-də Bakıya gələcəyi gözlənir.
XS
SM
MD
LG