Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34

Piter Semnebinin Azərbaycana səfəri başa çatıb


Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi iki günlük səfəri zamanı siyasi partiya nümayəndələri ilə görüşüb. Görüşlərdə Azərbaycanda seçkiqabağı şərait, seçki qanunvericiliyi, seçkilərin maliyyələşdirilməsi, pulsuz efir vaxtlarının verilməsi kimi məsələlər müzakirə olunub.

Piter Semnebi səfəri zamanı məcburi köçkünlərin problemlərindən, təmas xəttində baş verən olaylardan narahatlığını bəyan edib.

Səfər zamanı toplanan məlumatlar haqda hesabat hazırlanacaq.

Piter Semnebi sentyabrın 5-də Azərbaycana gəlib. Səfərdə əsas məqsəd parlament seçkiləri ərəfəsində ölkədəki durumla tanış olmaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG