Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:26
Almaniya yığması ilə oyun ərəfəsində Azərbaycanın milli futbol komandasının baş məşqçisi Berti Foqts Almaniyanın ZDF telekanalının idman bölməsinə müsahibə verib. Kölndə oyunun başlanmasına az qalan yayılan müsahibəni təqdim edirik:

- Kölndə şansıznız necədir, sürprizlər ola bilərmi?

- Biz xəyalpərəstlər ölkəsindən gəlməmişik. Evdə biz bəzi qrup üzvlərini həyəcanlandırdıq, bəzilərinə sürpriz eləmişik. Amma ində təəssüf ki, iki ən yaxşı müdafiəçi və bir hücumçumuz çatışmır.

- Siz Almaniya ilə duelə çoxmu hazırlaşmısınız?

- Müəyyən səbəblərdən ötən bazar ertəsindən Almaniyadayıq.

- Bəs sonra?

- Azərbaycanda 38-40 dərəcə isti var idi, burada 20-21. Almaniyada sözsüz şərait yaxşıdır. Biz çoxdandır bu qədər çox məşq etməmişdik. Mən istərdim ki, oyundan əvvəl oyunçular çətin vəziyyətləri yaşasınlar. Onlar nə qədər mümkünsə, bir o qədər gərginlikdən azad olmalıdırlar ki, oyuna rahat girə bilsinlər.

- Siz 2008-dən millinin məşqçisiniz. Azərbaycan futbolunda nə qədər tərəqqi var?

- Biz Avropanın orta səviyyəsinə çatmaq məqsədinə hələ nail olmamışıq. Amma kiçik addımlar atmışıq. Son 10 oyunun balansına baxsaq, 4 qələbə, 4 heç-heçə və 2 məğlubiyyət görərik. Bu, pis deyil, indi komanda milli komandaya oxşayır.

- Daha konkret ola bilərsinizmi?

- Struktur yaxşılaşıb. Federasiyanın prezidenti öz üzərinə böyük işlər götürüb. Cavan nəslin yetişdirilməsindən söhbət gedir. Burada 15 yaşlılar 6 həftə məşq keçdi. Bayern München və 1899 Hoffenheim komandalarından bizə böyük dəstək oldu.

İndi Azərbaycanda məktəblər var ki, həftədə bir dəfə futbol dərsi keçilir.

Elə edəcəm ki, liqa oyunlarında 3 yerli oyunçu oynasın və ən azı əlavə üçü də ehtiyat skamyasında əyləşsin. Sevinirəm ki, ittifaq məşqçisi Winfried Schäfer də buradadır. Bakı FK-nın isə gənclər akademiyası və təzə məşq meydançası var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG