Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:16

İlham Əliyev Hacıqabul sakinlərinə ev paylayıb


Sentyabrın 7-də prezident İlham Əliyev Hacıqabul rayonuna səfər edib. O, rayonun Meyniman kəndində yeni tikilən 22 evin orderini sakinlərə təqdim edib.

Sakinlərlə görüşündə İ.Əliyev deyib ki, Azərbaycan hökuməti xilasetmə tədbirlərinin keçirilməsi, sakinlərin həyat şəraitinin yaxşılaşdırılması üçün qarşıya qoyulan məqsədlərə çatıb:

«Mən o vaxt dəfələrlə demişdim ki, qış gələnə qədər bütün evlər bərpa olunmalıdır. Bu, böyük bir işdir. 3-4 minə yaxın evin bir neçə ay ərzində tikintisi bizim üçün, dövlətimiz üçün böyük bir sınaqdır. Ancaq mən bu vəzifəni qoydum. Çünki qış gələnə qədər insanlar normal evlərlə təmin olunmalıdır. İlk evlər bu gün sizə təqdim edilir».

May ayında Kür çayında daşqınlar zamanı ölkənin bəzi rayonlarının ərazisində subasma halları olub, 20 min ev su altında qalıb, 300-dən çox ev uçub, 2000 ev qəzalı vəziyyətə düşüb, 50 min hektar əkin və örüş sahəsini su basıb.

Bir neçə dəfə Sabirabad və Saatlı rayonlarının sakinləri prezidentin tapşırıqlarının yerinə yetirilmədiyini əsas gətirərək Prezident Administrasiyası qarşısında etiraz aksiyasına cəhd ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG