Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:05

Yevlaxda dindarların işi ilə bağlı məhkəmə qərar verib


Sentyabrın 7-i Yevlax rayon Məhkəməsi hakim Qələndər Abbasovun sədrliyi ilə keçirilən prosesdə dindarların işi ilə bağlı qərar verib. Qərara əsasən «Cümə Məscidi»nin dini icma üzvləri Mirsadiq İsmayılzadə və Ramin Quliyevə qarşı Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə üzrə qaldırılmış iddia tərəflərin barışığı ilə xitam edilib.

Dindarlar yerli İcra Hakimiyyətinin nümayəndəsini döyməkdə təqsirləndirilirdilər.

Dindarlar yerli icra hakimiyyətini ötən il dini icmaya məxsus məscidin ərazisini satmaqda ittiham edirdilər. Onlar bu barədə prezidentə, digər instansiyalara çoxsaylı müraciətlər etdikdən sonra İcra Hakimiyyəti tərəfindən təzyiqlərə məruz qaldıqlarını iddia edirdilər.

Yevlax rayon İcra Hakimiyyəti rəsmiləri isə bu iddiaları əsasız sayırlar.
XS
SM
MD
LG