Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:35

Avropada iqtisadiyyat sürətlə dirçəlir



Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso sentyabrın 7-də bildirib ki, Birlik ölkələrində iqtisadiyyat sürətlə dirçəlməkdədir. Bu ilin yekunlarına görə iqtisadiyyatın vəziyyəti əvvəl gözləndiyindən daha yaxşı olacaq.
Amma Barroso Strasburqda Avropa Parlamentində çıxışında həm də əlavə edib ki, hələlik Avropa Birliyi məkanında işsizliyin səviyyəsi hələ də yüksək olaraq qalır.
Barroso hesab edir ki, bloka daxil olan 27 ölkədə struktur islahatları sürətləndirilməli, bu sahədə bir-birinə həmrəylik nümayiş etdirilməlidir.
Bu ilin əvvəlindən avro pul vahidi işlədən Avropa Birliyinin bir çox ölkəsində ciddi borc böhranı yaşanır.

XS
SM
MD
LG