Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:22

2000-ə yaxın tələbənin əmri veriləcək



Təhsil naziri Misir Mərdanovun əmri ilə sentyabrın 1-dən fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin (ABU) tələbələrinin digər özəl ali məktəblərə köçürülməsi ilə bağlı əmrlər sentyabrın 8-də Təhsil Nazirliyinin internet saytında açıqlanacaq və qəbul otağında asılacaq.

Bu barədə APA-ya nazirliyinin İcra Aparatından məlumat verilib. Aparatdan bildirilib ki, nazirlik köçürülmə ilə bağlı 2000-ə yaxın tələbənin əmrini verəcək. Sentyabrın 13-dən köçürüləcək tələbələr müvafiq ali təhsil müəssisələrində təhsillərini davam etdirmək üçün qeydiyyatdan keçə biləcəklər. Sentyabrın 15-dən isə onlar artıq normal qaydada tədrisə başlayacaqlar

Günün bütün mövzuları

XS
SM
MD
LG