Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:54

Bərpa olunan enerji mənbələri üzrə Qafqaz forumu




Sentyabrın 7-də Bakıda Bərpa olunan enerji mənbələri üzrə I Qafqaz Forumu işə başlayıb.

APA-nın xəbərinə görə, iki gün davam edəcək forumun əsas mövzusu Qafqaz regionunda bərpa olunan enerji mənbələri üzrə qanunvericilik, bu sahədə investisiya layihələrinin maliyyələşdirmə mənbələri, bərpa olunan enerji mənbələri sənayesinin uğurlu inkişafı üçün əlverişli olan Qafqaz regionunun iqlim şərtləri, ekobiznes və ekoloji təmiz texnologiyaların transferidir.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Rolan Kobia iqtisadi diversifikasiya və iqlim dəyişiklikləri ilə mübarizə şəraitində bərpa olunan enerji mənbələri sahəsinin inkişafının vacibliyini qeyd edib. Onun sözlərinə görə, bərpa olunan enerji mənbələrindən istifadənin üstünlüyü ətraf mühitin çirklənməməsi və yeni iş yerlərinin yaradılmasıdır: «Azərbaycan və Avropa İttifaqı arasında energetika sahəsində əlaqələr getdikcə daha da möhkəmlənir. Biz çox şadıq ki, Azərbaycan bərpa olunan enerji mənbələri sahəsinin inkişafına maraq göstərir. Bu yolda görüləcək işlər çoxdur».

Forumun keçirilməsi əsasən ekoloji təmiz texnologiyaların inkişafı, Qafqaz regionunda bərpa olunan enerji sahəsinə investisiya yatırımına neft-qaz şirkətləri, bank və investisiya institutlarının cəlb edilməsi məqsədi daşıyır. Bu tədbirin hər il keçirilməsi planlaşdırılır.


XS
SM
MD
LG