Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:31

Quranı yandırmaq niyyətinə etiraz



ABŞ-ın Əfqanstandakı hərbi komandanlığı kiçik Amerika kilsəsinin Quranın nüsxələrinin yandırmaq niyyətinə qarşı çıxıb və xəbərdarlıq edib ki, belə təxribatçı hərəkər ABŞ vətəndaşlarının həyatını təhlükəyə qoya bilər.
ABŞ-ın və NATO-nun Əfqanıstandakı komandiri general David Petraus təsdiqləyib ki, İslamın müqəddəs kitabının yandırılması Birləşmiş Ştatlar üçün ciddi problemlər yarada bilər və nəinki təkcə Əfqanstanda, dünyanın hər bir yerində Amerikalılar İslam icmasının təhlükəsiylə üzləşə bilərlər.

ABŞ-ın Florida ştatında Göyərçin Dünya Ünsiyyət Mərkəzinin kilsəsi deyib ki, onların üzvləri 2001-ci il sentyabrın 11-də ABŞ-da törədilən terror aktının ildönümündə Quranı yandırmaq istəyirlər.
Kilsə deyib ki, İslamın “güclü və zorakı din” olduğuna inanırlar.
Bu həftənn birinci günü Əfqanstanın paytaxtı Kabulda yüzlərlə adam Quranın yandırılmasına etiraz edib.
XS
SM
MD
LG