Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:08

Parlament seçkisinin "Təqvim Planı" açıqlandı


Mərkəzi Seçki Komissiyası “Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı təsdiqləyib.
Təqvim planına görə, birmandatlı seçki dairəsi üzrə namizədlərin irəli sürülməsi, namizədlərin müdafiəsi üçün seçki imzalarının toplanması və ölkə ərazisində müşahidə aparmaq üçün ərizələr oktyabrın 28-nə kimi MSK-ya təqdim edilməlidir.
Seçkiqabağı təşviqatın aparılması isə oktyabrın 15-dən başlanır, noyabrın 6-sı, səhər saat 8-ə kimi davam edir.
Səsvermə günü təxminən aralarında 2-3 saat intervalı olmaqla 5 dəfə səsvermənin gedişi, seçicilərin səs vermədə iştirakı və ilkin məlumatlar verilməsi nəzərdə tutulub.
Təqvim planında digər proseslərin tarixi barədə məlumat verilir.
Parlament seçkisi noyabrın 7-nə təyin edilib.
“Təqvim planı” MSK-nın saytında yerləşdirilib.
XS
SM
MD
LG