Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:34

Cənubi Qafqazdakı ciddi maneə



“Məcburu köçkünlər problemi Cənubi Qafqazdakı proseslərə ciddi maneədir”. Bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasıyla görüçündə bildirib. Onun sözlərinə görə, məcburi köçkünlərlə görüşüb və onların vəziyyəti ilə tanış olub. “Bu humanitar problem uzun müddətdir, davam edir və Cənubi Qafqazda, strateji regionda gedən proseslərə ciddi maneədir”. – Semnebi deyib.
O bildirib ki, münaqişənin həlli ilə bağlı saziş imzalanarkən iki məsələ xüsusilə nəzərə alınmalıdır: “Bunlar Azərbaycanın ərazi bütövlüyü və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsidir”. – Semnebi bildirib.

AzərTac-ın məlumatına görə, P. Semnebi vaxtilə mövcud olmuş əlaqələrin bərpasının münaqişənin həllinə kömək edəcəyinə inandığını vurğulayıb.

İcmanın rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə deyib ki, Azərbaycanın ərazi bütövlüyü təmin olunmayınca heç bir iqtisadi əlaqədən söhbət gedə bilməz.

Görüşdə çıxış edən icma üzvləri təklif edib ki, diskussiya aparılması üçün icmanın nümayəndə heyəti Avropa İttifaqına dəvət edilsin. P. Semnebi təklifi müsbət qarşılayıb.
XS
SM
MD
LG