Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:04

Nazir qadının ölümdən qurtarması üçün hər şey edəcəyinə söz verir


Fransanın Xarici İşlər naziri Bernar Kuşner İranda Azərbaycan əslli Səkinə Aştiyanin ölümdən qurtarması üçün mümkün olan hər şeyi edəcəyinə söz verib. Bu barədə nazir sentyabrın 6-da Parisdə Aştiyanin vəkili Məhmməd Mustafayi ilə görüşdən sonra bildirib.

Kuşner deyib ki, xanımın bu cür taleyi artıq bir vətəndaş kimi nazirin özünün şəsxi probleminə çevrilib.

Iki uşaq anası olan Səkinə Aştiyanı ərinə xəyanət ittihamı ilə İranda əvvəlcə daşqalaqla edam hökmünə məhkum edilib. Beynəlxalq ictimaiyyətin etirazlarından sonra daşqalaq hökmü ləğv edilib, amma onun üzərində hələ də edam hökmü qalır.

Ailəsi və vəkilləri qadına qarşı ittihamların əsassız olduğunu deyirlər.
XS
SM
MD
LG