Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:30

Ermənistanın dini liderləri Türkiyəyə getməkdən imtina etdilər


Ermənistanın dini liderləri Türkiyədə kilsənin açılış mərasimində iştirakdan imtina ediblər. Səbəb kimi də kilsənin üstünə xaç qoyulmasına icazə verilməməsini göstəriblər.

Üç il əvvəl Türkiyə hökuməti ölkənin şərqində yerləşən bu kilsənin bərpasına 1.5 milyon dollar pul ayırıb. Açılış mərasimi sentyabrın 19-da keçiriləcək.

Erməni kilsəsinin katalikosu II Karegin keçən ay həmin mərasimə yüksək rütbəli din xadimlərini göndərmək qərarını elan edəndən sonra Ermənistanda siyasi qüvvələrin tənqidlərinə məruz qalmışdı. Hətta hakim partiya bunun əleyhinə çıxış etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG