Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:41
İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi –ETTELAAT-ın əməkdaşları Muğanda Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan fəallardan olan Həsən Balayini həbs ediblər. Bu barədə qardaşı qardaşı Yusif Balayi AzadlıqRadiosuna məlumat verib.

Onun sözlərinə görə, Həsən Balayini 3 gün əvvəl rəsmi dəvət, çağırış olmadan iş yerindən tutub aparsalar da, harada saxlandığı sentyabrın 6-da bəlli olub.

«İş yerindən tutub apardılar. Bu gün mənimlə telefon əlaqəsi yaradıb bildirdi ki, Ərdəbil ETTELAAT-ına aparılıb».

Həsən Balayinin 33 yaşı var. O, İranda fəaliyyət göstərən «Dağçılar» qrupunun rəhbərlərindən biridir. Yusif Balayi deyir ki, o, mədəniyyət sahəsində və qanun çərçivəsində fəaliyyət göstərir. Jurnalist kimi də çalışdığı olub. ETTELAAT tərəfindən həbs edildiyi ilk dəfə deyil.

İranın Muğan bölgəsində son vaxtlar Azərbaycan milli kimliyi uğrunda mübarizə aparan xeyli fəal həbs edilib.

Şərhləri göstər

XS
SM
MD
LG