Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:22

Almaniyada amazon sərgisi açıldı, amma Azərbaycansız...


Nuridə Atəşi
Nuridə Atəşi
Nuridə ATƏŞİ

Sentyabrın 5 də Almaniyanın Rheinland-Pfalz əyalətinin Speyer muzeyində amazon sərgisi açıldı.

Eksponatlar sərgiyə Berlin, London, Paris, Neapel, Kiew, Tiflis muzeylərindən borc alınaraq gətirildi və sərgidə son illərin bir çox arxeoloji tapıntıları dünyaya ilk dəfə sərgiləndi.

Eksponatlar arasında Anselm Feuerbachın (1829-1880) „Amazon döyüşü“ („Amazonenschlacht“) rəsmi də yer alıb. DPA alman xəbər agentliyinin yaydığı məlumatda bildirirlir ki, sərgi bu sual ortaya qoyur:

“Bu savaşkar qadınlar nə zaman və harada yaşamışlar?

Buna cavab olaraq savaşçı qadınların bir mifalogiya deyil, həqiqətən yaşamış olmalarını sübut edən əsas bir eksponat Tiflisdən gətirilmiş olan e.ə 3-cü minilliyə aid edilən bir savaşçı qadın qəbridir

„Qəbirdən çıxarılmış bronzadan hazırlanan qılınc və ox ucu. Savaşçı qadının başından yara alması" - sözügedən muzeyin verdiyi məlumata görə bu, dünyada ən qədim savaşçı qadın qəbiridir.

Amma məncə bununla qətiyyən razılaşmaq olmaz.

Məlumdur ki, 2004–cü ilin oktyabrında Azərbaycan Arxeologiya və Etnoqrafiya İnstitutunun expedisiyası Azərbaycanın Naxçıvan əyalətinin Ordubad şəhəri yaxınlığındakı Plovdağda savaşçı qadın qəbri aşkar edib və qəbirdən savaşçı qadına məxsus ox qabı və 13 ox və digər bəzək əşyaları çıxarılıb.

Tarixçi Solmaz Qaşqay bu barədə şəxsən mənə həm yazılı, həm də müsahibəsində iştirak etdiyi ekspedisiyanın məlumatlarını verib.

Eyni zamanda amazon silahı hesab edilən təbərzin baltalar və onların düzəldilmiş olduğu şablonlar Azərbaycan ərazisindən aşkar edilib.

Onlarla gil qadın fiqurları - terrakotalar tapilıb.

Arxeoloq Dr. Abuzər Ələkbərov bu barədə geniş tədqiqat əsəri yazıb.

Sərginin təşkilatçıları amazonların Qafqazdakı tədqiqatları ilə yaxından tanış deyillər, mənim 15 illik amazon tədqiqatlarımdan ola bilsin ki xəbərsizdirlər.

Onlar daha çox Yunanıstan, Ukrayna tədqiqatlarına üstünlük veriblər.

„Gələcək 10 ildə daha çox „amazon qəbirləri“ aşkar ediləcəkdir. Amazonların axtarışı hələ indi başlayır“ məsajını verən Speyer muzeyinin rəhbərliyinin bu sərgini açması ilk addım olaraq əlbəttə müsbət qiymətləndirilməlidir.

Təəssüf ki artıq 3 ilə yaxındır ki, fasiləsiz amazonlar sərgisi və muzeyi yaratmaq haqqında Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə, Tarix Muzeyinə, Arxeologiya və Etnoqrafiya İnstitutuna və.s. müxtəlif elmi institutlara məktublarla müraciət edirəm.

Amazonların ən qədim yaşayış yerlərinin Qafqaz olduğunu bütün dünyaya sübut etmək üçün amazonlar haqqında proyektimi Almaniyadakı Azərbaycan səfirliyinə və bir çox digər səlahiyyətli təşkilatlara göndərmişəm.

Almaniyadakı səfirimizin onsuz da Azərbaycanın imicinin Avropada birə yüz müsbət dəyişdirə biləcək belə bir əhəmiyyətli projekti anlayacağını gözləmirəm.

AMEA-ya böyük ümidlər bəsləsəm də, xəyal qırıqlığına uğradım

Səsi Azərbaycanın sərhədini keçə bilməyən onlarla tədqiqatlara müsbət rəylər verən, maliyyə dəstəyi və mənəvi dəstək verənlər təəssüf ki bu proyektin Avropada və dünyada dəyərini anlamaqda çətinlik çəkirlər.

Almaniyanın mətbuatında böyük əks-səda yaradan bu sərgini biz də aça bilərdik.

Azərbaycanın muzeylərində nəinki bir sərgi, hətta böyük bir Qafqaz amazonları muzeyi yaradacaq qədər eksponatlar vardır.

Avropaya belə eksponatlar gəlib çıxıb.

1830-cu illərdən başlayaraq Azərbaycanda alman, fransız, isveçrəli həvəskar səyyahlar və arxeoloqlar qazıntılar apararaq çox zəngin maddi mədəni tarixi abidələri, əntiq şeylər toplamış və onları Rusiyanın (Moskva, Leningrad) Almaniyanın ( Berlin, Hamburg,Münhen,) Fransanın (Paris) İngiltərənin (London) və digər ölkələrin muzeylərinə satmaqla məşğul olmuşlar.

(Bu muzey yaradılmalı və eksponatlar yenidən ölkəyə qaytarılmalıdır.)

Azərbaycanın adı, imici dünya mətbuatında hamımıza yaxşı məlumdur. Çəkilmir, çəkiləndə də yalnız mənfi olaraq səslənir.

Təəssüflər olsun ki, Almaniyada və Avropada Azərbaycanın tarixini, mədəniyyətini təbliğ edən alman və avropalı muzdlu lobbiçilərin hay-küyləri də bir səmərə vermir.

Belə bir önəmli şansı itirdik. Bu qələbəni Azərbaycan elmi mənə qıymadı.

Lakin Zaur Həsənovun “Çar skiflər” kitabının adını cəsarətlə çəkmək istəyirəm.

Zaur Həsənov yalnız keçmiş nazir Həsən Həsənovun oğlu olduğu üçün Azərbaycanın çox mötəbər ziyalıları, tarixçiləri və hətta arxeoloqları ona bəh-bəhlə yüksək rəylər verdilər.

Anar, Elçin, Polad Bülbüloğlu, arxeoloq prof. İlyas Babayev və onlarla çar skiflərin tarixini bilən də, bilməyən də təriflər yağdırdılar.

Kitaba dərhal maliyyə vəsaiti də ayrıldı, rus, ingilis və Azərbaycan dillərində çap olundu.

Azərbaycan tarixində çox möhtəşəm bir elmi tapıntı, əvəzsiz bir tədqiqat əsəri olaraq reklam edildi.

Lakin bu tədqiqat dünya elmində əsl elmlə əlaqəsi olmayan sadəcə qatı millətçiliyin cılız bir təbliğatı olaraq çox istehsa ilə qarşılandı.

Əlbəttə mən nazir qızı olsaydım qarşıma bu qədər daşlar itələnməzdi.

Nuridə Atəşi Qobustanda
Əsl elm isə hələ də susur. Lakin mən hələ də amazonların vətəninin Qafqaz Albaniyasının qədim torpaqları olan Dərbənd, Qəbələ, Oğuz, Zaqatala, Qax , Quba, Xaçmaz, xüsusi ilə Qarabağ bölgələrinin olduğunu, YUNESCO mədəni irsinə aid olan Qobustanın Ana zağa mağarasının amazonların dünyada ilk mağarası olduğunu və hazırda araşdırmalarımı 7 ölkədə gərgin apararaq digər kəşflərimi tarixi, etnoqrafik və arxeoloji, antropoloji faktlarla bütün dünyanın gözləri önünə sərəcəyimdə tam israrlıyam.

Qafqaz amazonlarının tarixini yorulmadan araşdırır və yazıram.

Hazırda Avropanın bir çox televiziyaları ilə danışıqlar aparıram.

Böyük nəşriyyatlar kitabın nəşr edilməsinə maraq göstərirlər.

Azərbaycanın elminə tarixinə, mədəniyyətinə dəyər verməyi bacaran mənim tədqiqatımı oxuyan az sayda dəyərli elm xadimləri bu tədqiqatın Azərbaycanın, Qafqazın keçmişinə,bu gününə necə bir töhvə olacağına heç bir şübhə etmədiklərini bildirirlər.

Elə bu günlərdə Vyanada bir elmi konfransda çıxış edən Göttingerli Anatom Prof. Michael Schultz Şərqi Ukraynada e.ə.2500 ilə aid edilən savaşçı qadın qəbrini böyük bir elmi kəşf olaraq dünya elminə duyurdu.

Hətta qadının musqullu olduğunu ortaya çıxararaq silahı özü istifadə etmiş olmasına şübhəsi qalmadığını bildirdi.

Bütünlüklə Qafqaz, Dağlıq Qarabağ, Azərbaycan torpaqları başdan-ayağa bir amazon muzeyidir, lakin buna hələlik sahib çıxan yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG