Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:26

Gəncədə ərzaq məhsullarında bahalaşma


Gəncədə ərzaq məhsullarında bahalaşma gözə dəyib.

Bu barədə məlumatı Gəncə şəhər Statistika İdarəsinin qiymət şöbəsinin müdiri Nəbi Baxşəliyev verib.

Onun sözlərinə görə, iyul ayında buğda ununun qiyməti 35 qəpikdən 45 qəpiyə kimi artıb. Buğdanın qiyməti isə bu arada 26 qəpikdən 35 qəpiyə qalxıb.

Məlumata görə, kartof və soğan kimi kənd təsərrüfatı məhsullarının qiymətində dəyişiklik olmasa da yumurtanın qiyməti 8 faiz, şəkər tozu isə 4,4 faiz ucuzlaşıb.

Almanın qiyməti son bir ayda 1 manat 40 qəpikdən 1 manat 20 qəpiyə, üzüm isə 3 manatdan 1 manat 20 qəpiyə enib.

Pomidorun qiymətində də qalxma müşahidə edilir. Belə ki, pomidorda qiymət 25 faiz, xiyarın qiyməti isə 31,3 faiz artıb. Mal ətinin qiyməti isə 40 qəpik artaraq 6 manata çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG