Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:03

Jurnalistlər üçün yeni qaydalar tətbiq edilir


Sentyabrın 6-da ATƏT-in Bakı ofisi Mətbuat Şurası ilə birgə jurnalistlərin peşə davranışı qaydalarının yeni variantını təqdim etdilər. Yeni əlavələr edilmiş sənədin məqsədi jurnalist təcrübəsini institusional səviyyədə təkmilləşdirmək və media mənsublarının gündəlik fəaliyyətində peşəkar etika standartlarının tətbiqini təşkil etməkdir.

Mətbuat Şurasının əvvəlki peşə davranışı qaydalarına əsaslanan yeni sənəddə məlumatların toplanması və açıqlanması, cinayət hadisələri haqqında məlumatların verilməsi və təqsirsizlik prezumpsiyası, eləcə də medianın müstəqilliyi və jurnalistlərin hüquqlarına dair məsələlərə xüsusi diqqət yetirildiyi bildirilir.

ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Bilge Cankorel qeyd edib ki, ATƏT məkanında mətbuat şuralarının qəbul etdiyi peşə davranışı qaydaları mətbuatın özünütənzimləmə işində çox mühüm vasitəyə çevrilir. Cankorel ümid etdiyini bildirib ki, yeni əlavələr edilmiş peşə davranışı qaydaları və bu standartlara dair Mətbuat Şurasının yenilənmiş öhdəlikləri Azərbaycanda təhqir, böhtan və diffamasiyanın qarşısını alacaq.

Mətbuat Şurasının sədri isə çıxışı zamanı jurnalistlərin peşə davranışı kodeksi qaydalarının yeni variantının KİV təmsilçilərinin daha məsuliyyətli olmasına və ölkədə jurnalist mədəniyyətinin inkişafına kömək edəcəyinə ümidli olduğunu deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG