Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:43

İntihar hücumunun tarixi...


İntihar hücumu – Bir həftə ən çox axtarılanlar arasında «intihar hücumu» ifadəsi yer alır. Buna başqa cür kamikadzelik də demək olar. Bu intihar növü, Vikipediya ensiklopediyasının izahatına görə, özünü öldürməklə yanaşı digərlərinin də ölümünə səbəb olmaqdır. Tarixi çox qədimlərə gedib çıxır. Hakimlərin Bibliya kitabında Simon adlı bir yəhudinin adı çəkilir. Simon ibadətgahı dağıdaraq üç min fələstinlinin ölümünə səbəb olaraq intihar edib. Yeni dövrdə bunu intihar terroru da adlandırırlar. 80–ci illərdən bu günə qədər kamikadzeliyin sayında fasiləsiz artım müşahidə edilir.

Texas Xristian Universiteti – Axtarışlar arasında Texas Xristian Universiteti də yer alır. Yəqin bu universitetə qəbulun başlanması ilə əlaqədardır. Universitetin məqsədi bölməsində qeyd edilib, bizim məqsədimiz fərdləri qlobal cəmiyyətdə etik liderlər kimi və məsuliyyətli düşünüb davranmalarını təmin etməkdir. Universitetin rəngləri çəhrayı və ağdır.

Yeni Zelandiyada zəlzələ - sentyabrın 4-dən 5-nə keçən gecə Yeni Zelandiyanın cənub adalarında 7 bal gücündə zəlzələ baş verib. Seysmoloqlar zəlzələnin davam edəcəyini bildirirlər. Bir çox saytlarda bundan sonra baş verəcək zəlzələnin harada və neçə bal gücündə baş verəcəyini təxminən bildirilən siyahılar yer alıb.
Sentyabrın 4-dən 5-nə keçən gecə Yeni Zelandiyanın cənub adalarında 7 bal gücündə zəlzələ baş verib


«42-ci ilin yayı» – bu, bir film adıdır. Film 1971–ci ildə çəkilib. Herman Ruçer adlı oğlan yeni İngiltərədə yay tətilinə gedir və orada əri II dünya müharibəsinə döyüşməyə getmiş bir qadınla sevgi macərası yaşayır. Filmlərin kitablar üzərinə çəkilməsi adi haldır. Amma məhz bu film üzərinə yazılmış kitab ən çox satılan kitablar sırasına daxil olub.

Harold Dounun ölüm səbəbi – Harold Dou Amerikanın CBS kanalında «48 saat» verilişinin 40 illik aparıcısı olub. Bu il avqustun 23-də 62 yaşlı Harold maşın sürərkən, sükan arxasında vəfat edib. Ailəsi bildirib ki, Harold astmadan əziyyət çəkirmiş. Astma hər gün 11, hər il 4000 amerikalının həyatına son qoyur.

Paul Konradın karikaturaları – Paul Konrad məşhur Amerikalı siyasi karikaturaçıdır. O, 1964–cü ildən 1993-cü ilə qədər «Lon Angeles Times»–da baş karikaturaçı işləyib. Konrad Riçard Nikson haqqında çoxsaylı karikaturalar çəkib. Bir karikaturada Nikson prezidentliyinin son illərində özü öz ölümünə xaç çəkən yerdə təsvir edilib. Digər nümunəni isə vaxtilə «Los Angeles Times» yaymaqdan imtina edib. Karikaturada Prezident Niksonun seçkilərdə iştirakı ilə bağlı Niksonu alt paltarında çəkib, altına yazmışdı: «Vaşinqtonda sonuncu Nikson seçicisi». Konrad həmçinin 1973–cü ildə Riçard Niksonun düşmən siyahısına da düşüb. O, bir çox kitabların da müəllifidir.

Borc yardımı – Bu toplu olaraq yığılmış borcların bağışlanmasıdır. Tarixdə belə hallara çox rast gəlmək olar. Qədim Yunanlarda da borcların ümumi şəkildə bağışlanması baş verib. E.ə. 6-cı əsrdə Solon «seisachtheia» adlanan hüquqlar sistemi yaradıb. Bu hüquqlar sistemi borc qullarının azad edilməsi, əvvəlki borcların ləğv edilməsi və s. – ni ehtiva edirdi. O cümlədən Quranda da ödəyə bilməyən şəxslərin borclardan azad edilməsini nəzərdə tutan ayələr yer alır.

Böyük qardaş - «Böyük Qardaş» Böyük Britaniya ilk dəfə Niderlandda yaranmış şoudur. Şounun adı Corc Oruelin 1949 –cu ildə yazdığı «1984» adlı əsərindən götürülüb. Əsərdə Böyük Qardaş evdə diktatorluq edir. Televiziya ekranlarından onun şüarlarını görmək olar «Böyük Qardaş səni izləyir». Proqram Birləşmiş Krallıqda, İrlandiyada və ABŞ –da yayımlanır.
Məktəbə müraciətlər – Yəqin ki, dərs ilinin başlanması ilə əlaqədar olaraq bu ifadə «google» – nin və «Yahoo» – nun axtarış siyahılarında yer alır.

Denni Treyo (ispan tələffüzündə Denni Trexo) – filmsevərlər bu adı yəqin ki tanıyırlar. Treyo «Bir dəfə Meksikada», «Desperado» və s. kimi məşhur filmlərdə qorxulu və «pis adam» rollarını oynayıb. Denni Los Ancelesdə bənna ailəsində anadan olub. Uşaq olarkən dayısı ilə birlikdə çoxsaylı cinayətlər törədib. Gənc olarkən narkotik cinayətkarlığından dəfələrlə həbs həyatı yaşayıb. Sonuncu dəfə həbsdən çıxanda təsadüfən «Qaçaq qatar» filmində rol alır. Onun kobud və vahiməli görkəmi rejossorları cəlb edir və Denni məşhur aktyora çevrilir. Treyo müsahibələrindən birində deyib ki, o, pis rolları ona görə seçir ki, gənclərə göstərsin ki, pis olmağın sonu həbs və ya ölümdür. Bu həftə ən çox axtarılanlar siyahısında yer almasının səbəbi isə 1 sentyabr 2010 –cu ildə onun çəkildiyi yeni film – «Meçet»– in təqdimatının olmasıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG