Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:14

İsrail Qəzzədəki tuneli bombalayıb


İsrailin hərbi hava qüvvələri son gün ərzində Qəzzə bölməsinə 3 dəfə zərbə endirib.

Azı 2 fələstinlinin yaralandığı xəbər verilir.

Zərbələr Rəfah ətrafındakı tunelə vurulub.

İsrail tərəfi bildirir ki, bu tunellə Misirdən Qəzzəyə yük gətirilir.

Bundan əvvəl Qəzzə bölməsindən İsrail ərazisinə raket atıldığı xəbər verilir.
İtki və ya xəsarət alan olmayıb.

Ötən cümə axşamı Vaşinqtonda birbaşa İsrail-Fələstin sülh danışıqları başlanıb.
Hazırda Qəzzə bölməsinə nəzarət edən Həmas hərəkatı danışıqlara qarşı çıxır.

XS
SM
MD
LG