Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:02

Raket zərbəsi ilə 4 yaraqlı öldürülüb


Pakistanda raket zərbəsilə 4 yaraqlı öldürülüb.

Zərbə Miran Şah şəhərinin yaxınlığında yerləşən kəndlərdən birindəki evə vurulub.

Bu şəhər Şimali Vəziristan regionunun administrativ mərkəzidir.

Güman edilir ki, əməliyyatı ABŞ ordusunun pilotsuz təyyarəsi həyata keçirib.

Bu son gün ərzində Əfqanıstan sərhəddində keçirilmiş 3-cü belə əməliyyatdır.

Bundan bir gün əvvəl Pakistanın Kvetta şəhərində törədilmiş parlayışda 60-dan çox adam ölüb.

İntiharçı özünü Ramazan ayında şiələrin keçirdiyi dini mərasimdə partladıb.
Bu hücuma görə cavabdehliyi talibançılar üzərinə götürüb.

XS
SM
MD
LG