Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Bunyakskda 3 əsgər ölüb, 34-ü yaralanıb


Son məlumata görə,Dağıstanın Bunyaksk rayonunda hərbi hissəyə edilmiş hücumda 3 əsgər ölüb,34-ü isə yaralanıb.

Yaralılardan 4-ü ağır vəziyyətdədir.

Məlumatlara görə, naməlum adamlar bazar gününə keçən gecə minalanmış maşını hərbi hissənin girəcəyindəki məntəqəyə çırpıb və partlayış baş verib.

Həmçinin operativ-istintaq qrupu hadisə yerinə gələrkən yolda ikinci partlayış törədilib.

Amma bu partlayışda xəsarət alan olmayıb.

Şimali Qafqaz dairəsindən Bunyakska xüsusi komissiya göndərilib.
İstintaq gedir.
XS
SM
MD
LG