Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:25
Bir-birinə əqidəcə müxalif yazar birliklərinin üzvləri bir araya gəldilər.

Onları eyni məkana Şahbaz Xuduoğlunun “Qanun” nəşriyyatı topladı – “Ən yeni ədəbiyyat” seriyasından olan daha 3 kitabın təqdimat mərasiminə.

Bunlar Günel Mövludun “5XL“ - bu bir bədən ölçüsüdür“, İlqar Fəhminin “Bakı tarixindən kollaj” və Nərmin Kamalın “Aç mənəm” kitablarıdır.

Təqdimat açıq havada, Əli və Nino kitab klubunun qarşısındakı meydançada baş tutub.

Tədbir "Ən yeni ədəbiyyat" seriyasından ilk dəfə bir AYB üzvünün - İlqar Fəhminin əsərinin dərc olunmasıyla fərqli bir özəllik qazanıb.

Təqdimat mərasiminə həm Azərbaycan Yaziçilar Birliyinin, həm də Azad Yazarlar ocağının nümayəndələri qatılıblar.

“Qanun” nəşrlər evi “Ən yeni ədəbiyyat” layihəsinin icrasına 2009-cu ilin oktyabr ayından başlayıb.

Layihə çərçivəsində Aqşin Yeniseyin “Cənnətdə terror aksiyası”, Pərvizin “Yad dildə”, Sevinc Pərvanənin “Şəhər”, Rasim Qaracanın “Əyri evin qadını” kitabları da işıq üzü görüb.

Layihəyə daxil olan kitablar nəşriyyatın hesabına nəşr edilir.

Məqsəd Azərbaycanın gənc istedadlarına dəstək olmaqla yazarların kitab çapı kimi çətinlikdən qopub enerjilərini daha çox yaradıcılıq məsələlərinə sərf etməsi və Azərbaycan oxucusunun uzun durğunluqdan sonra yenidən ədəbi aləmə, kitaba qaytarılmasıdır.

adyazar.az, mediaforum.az

Həmçinin oxu
Nərmin Kamalın "Aç mənəm" romanından bir parça

Günün bütün mövzuları

XS
SM
MD
LG