Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

Firudin Allahverdi Aqşin Yeniseyin sözlərinə mahnı bəstələyib (DİNLƏ)


Firudin Allahverdi

Firudin Allahverdi

Evdə təkəm,

şəklinə baxıram

Zəng eləyir arvadımın xalası…

Yağış yağır çəkdirdiyin şəkildə

Bir it də var,

arsız həyət tulası...

Bəstəkar Firidun Allahverdi şair Aqşin Yeniseyin "Şəkil" şeirinə mahnı bəstələyib.

Bəstəkarın özü mahnını gitarada ifa edib.

DİNLƏ


ŞƏKİL

Söz: A.Yenisey
Mus: F.Allahverdi


Evdə təkəm,
şəklinə baxıram
Zəng eləyir arvadımın xalası…
Yağış yağır çəkdirdiyin şəkildə
Bir it də var,
arsız həyət tulası

Yağış yağır çəkdirdiyin şəkildə
Hətta bir az külək əsir, sazaqlı
Sol yanında hüzünlü bir uzaq var
Şəkillərdə yaxşı düşür uzaqlıq

Bir kişi də keçir arxa tərəfdən
Heç baxmırsan,
gözün elə məndədir
Həyata bax, necə gözəl yalandın
Gecə keçir,
ömür qalır,
gün gedir
O kişidən mənim gözüm su içmir
O kişini tanımırıq sən, ya mən.
O kişini evdən qova bilmirəm
Neçə ildir, bizdə qalır şəkilnən

Gecə hərdən hürür həyət tulası
- Ay it! Ay it!
Çımxırıram şəkilə
Bu şəkildə özündən də gözəlsən
Necə edim bu şəklə çəkiləm?

Bir uşaq da bərk-bərk tutub əlindən
Sağın uşaq,
sol tərəfin uzaqlıq
Mən bilirəm,
şəkillərə çəkilib
Qocalıqdan daldalanır uşaqlıq

Bilirəm ki, yorulmusan şəkildə
Necə alım əlindəki səbəti
Necə öpüm yanındakı uşağı
Necə qovum
o kişini, o iti

Necə qovum,
kişi bəlkə ərindir
Uşaq sizin,
it də evin tulası

Evdə təkəm,
şəklinə baxıram
Zəng eləyir arvadımın xalası.

http://soundcloud.com/fallahverdi/f-allahverdi-sekil-sozleri-aqsin-yenisey

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG