Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:13

Həlak olmuş Azərbaycan hərbçilərinin adları açıqlanıb


Azərbaycanın Müdafiə Nazirliyi cəbhə xəttində həlak olmuş Azərbaycan hərbçilərinin adlarını açıqlayıb.

Nazirliyin mətbuat xidməti həlak olan hərbçilərin 1976-cı il təvəllüdlü Əhməd Hüseynağa oğlu Abdullayev və 1986-cı il təvəllüdlü Fərid Gülağa oğlu Əhmədov olduqlarını bildirir.

Qeyd edək ki, erməni birləşmələri sentyabrın 3-dən 4-nə keçən gecə Tərtər rayonunun Çiləbürt kəndi istiqamətində Azərbaycan ordusunun mövqeyinə qəfil hücum edib.

Döyüş zamanı 1 Azərbaycan əsgəri qoşunların təmas xəttində həlak olub və meyitin erməni tərəfində qaldığı ehtimal edilir.

Yaralanmış zabit Əhməd Abdullayev isə hospitalda keçinib.

Günün bütün mövzuları

XS
SM
MD
LG