Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:14

Misir Mərdanov xəbərdarlıq edir


«Keyfiyyətli təhsil verməyən ali məktəblər barədə tədbir görüləcək».

Təhsil naziri Misir Mərdanov sentyabrın 4-də Təhsil İşçilərinin Respublika Konfransında çıxışı zamanı belə deyib. O bildirib ki, bu il iki ali məktəbin lisenziyası dayandırılıb. Bunlar Moskva Açıq Universitetinin Bakı filialı və Azərbaycan Beynəlxalq Universitetidir:

«Biz bu işləri davam etdirəcəyik. Bizə kəmiyyət yox, keyfiyyət lazımdır».

Nazir həmçinin bildirib ki, müvafiq qrafikə uyğun olaraq ali məktəblərin fəaliyyəti yoxlanacaq və təhsil prosesində ciddi nöqsanlar aşkarlanan təhsil müəssisələrinin fəaliyyəti dayandırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG