Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:35

Bloqqerlər forum keçirəcəklər


Forum sentyabrın 10-12-də keçiriləcək

Forum sentyabrın 10-12-də keçiriləcək

Ətrafına bloqqerləri və yeni media mütəxəssislərini toplayan Bloqosfer-2010 ənənəvi forumlardan fərqli olaraq, interaktiv forum formatında keçiriləcək. Bloqosferin keçiriləcəyi tarix - sentyabrın 10-12-də - bəlli olsa da, orada müzakirə olunacaq mövzular bəlli deyil. Təşkilatçılar deyir ki, mövzuları forum iştirakçıları Bloqosfer vaxtı müəyyən edəcək.

Forumda iştirak etmək üçün əsas iki kriteriya var. Təşkilatçılardan İlqar Mirzə:

«Birincisi, mövzuya aidiyyəti olmaqdır. Yəni müraciət edən nə dərəcədə bu sferanın mövzularını müzakirə edə və nə dərəcədə forumun gedişatına fayda verə bilər. İkinci kriteriya isə müxtəliflikdir. Biz çalışırıq ki, bu, özünü həm peşədə, həm yazı üslubunda, həm fəaliyyət sahəsində göstərsin».



«FORUMUN MƏQSƏDİ PROBLEMLƏR HƏLL ETMƏK YOX, İNKİŞAFA NAİL OLMAQDIR»

Təşkilatçılardan Azər Nəzərov deyir ki, forumun məqsədi problemləri həll etmək yox, inkişafa nail olmaqdır:

«Misal üçün, elə edə bilərik ki, Azərbaycanda internet ucuzlaşsın və ya sürəti daha da artsın – axı bu problem deyil, bu inkişafdır».

«Elə bloqlar var ki, onlar bəzi saytlarla rəqabət aparmaq səviyyəsində ziyarətçi sayına malikdirlər. Nə üçün bu saytlar biznes qurumlarının diqqətindən kənarda olmalıdır?». İlqar Mirzə belə deyir.

Bloqosferə bloqqerlər, yeni media mütəxəssisləri ilə yanaşı, dövlət qurumlarından müraciət edənlər də var.

Azər Nəzərov: «Bu, doğrudan da gözəl mənzərə yaradır. Tutaq ki, dövlət qurumunun nümayəndəsi, bloqqer, internet mütəxəssisi və jurnalist – eyni qrupda hər hansı bir inkişaf üçün xətt hazırlayırlar. Bunu təsəvvür etmək belə xoş gəlir».

Dövlət qurumunun nümayəndəsi, bloqqer, internet mütəxəssisi və jurnalist – bir arada birləşib nələrdən danışacaq?

Bəs Bloqosfer – 2010 hansı keşməkeşli yollardan keçib gəlib? Təşkilatçılar hansı çətinliklərlə qarşılaşıb?

Sualların cavabını verilişin davamında tapın.

XS
SM
MD
LG