Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 20:37

Amerikalılar Rumini çox sevirlər


İbrahim Qamard
İbrahim Qamard Kaliforniyada yaşayan Sufi şeyxidir. O, ömrünü 13-cü əsrdə yaşamış sufi Mövlana Cəmallədin Ruminin şerlərini tərcüməyə həsr edib.

AzadlıqRadiosunun Şimali Qafqaz Xidmətinin əməkdaşı Murtuzali Durqiçilov İbrahim Qamardla Ruminin Qərbdə populyarlaşmasının səbəblərindən və sufizmin indiki problemlərindən danışıb. Müsahibəni ixtisarla təqdim edirik.

AMERİKALILARI CƏLB EDƏN RUMİ

- Demək olarmı ki, Mövlana Ruminin poeziyası Qərbdə daha populyardır, nəinki müsəlman ölkələrində?

- Bəli, demək olar. Mənə danışırlar ki, Türkiyədə dil o qədər sürətlə dəyişir ki, çox az adam Ruminin şerlərini oxuyur. Xüsusən də gənc nəsil. Çünki onlar tərcümələri yetərincə başa düşmürlər. Xeyli fars və ərəb sözləri var ki, onlar artıq türkcədə işlənmir. Bundan başqa, on illiklərlə çəkən müharibə və təhsil sisteminin dağılması üzündən Əfqanıstanda da Rumini çox az adam oxuyur. Hindistanda və Pakistanda fars dilinin tədrisi isə azalıb.

Amma Ruminin poeziyası İranda daha çox oxunur və daha yüksək dəyərləndirilir. Əsrlərlə ərəbcə danışan ölkələrdə də Ruminin poeziyasına az maraq var. Rumi ərəbcə çoxlu şerlər yazsa belə.

- Qərbdə anti-islam ovqatının yüksəldiyi vaxtda Ruminin və başqa müsəlman şairlərinin çox məşhur olmasını nəylə izah edirsiz?


- Anti-islam hisslərinin olmasına baxmayaraq islam ABŞ-da ən sürətlə yayılan din olaraq qalır. Eyni zamanda, Sufizmə maraq da artmaqdadır. Amma bu onunla bağlıdır ki, o, mistisizm, yəni islamdan asılı olmayan cərəyan kimi təqdim olunur.

Yəqin siz bilirsiz ki, İslam Mərkəzi Asiya, Afrika və İndoneziyada Sufizmin müxtəlif formaları vasitəsilə yayılıb. Bunlar islamın daha yüngül formalarıydı. Eynən bu cür populyar Sufi cərəyanları ABŞ-da da var. Bu cərəyanlar amerikalılar üçün cəlbedici görünür, çünki az islamyönümlüdürlər. Ruminin bu qədər məşhur olmasının başlıca səbəbi də
Kosovo dərvişləri, 22 mart 2010
bundadır...

Bir çox amerikalılar Rumini ilahi sevgi haqqında heyranedici ruhaniliyinə görə sevirlər. Ancaq onlar onun müsəlman olmasını istəmirlər, ya da az müsəlman olmasını istəyirlər... Amerikalıların siyasi İslama marağı və rəğbəti azdır, ancaq Ruminin kitablarını oxuduqda bir çox ənənəvi müsəlman dəyərlərini və müdriklik təlimlərini öyrənirlər.

SUFİZM SİYASİ SİLAHA ÇEVRİLƏ BİLƏRMİ

- Son illər biz Çeçenistan və Dağıstanda həyəcanlı tendensiyalarla rastlaşdıq. Sufizm dövlət dininə çevrilir. Sufi şeyx və ruhani liderlər dövlətə yaxınlaşırlar. Sufizm siyasi hakimiyyətlərin əlində alətə çevrilə bilərmi?

- Mən oxumuşam ki, Amerikada universitet alimləri ABŞ hakimiyyətinə bir məsləhət veriblər: ABŞ hakimiyyəti elə etsin ki, Əfqanıstan sufiləri sufiliyə əsaslanan dövlətin «islamçı»ların əleyhinə olması haqda qərar çıxarsınlar. Bu, sadəlövhlükdür. Çünki sufilər müsəlmandırlar, müsəlmanların başqa növü kimi onlar da liberala, mühafizəkara bölünürlər.

Biz müsəlmanlar bir-birimizə qarşı olan bu manipulyasiyalarla bölünməyimizə imkan verməməliyik. Sufilər də belə hakimiyyətlərin ölkəni idarə etməsinə şərait yaratmamalıdırlar. Bunun əvəzində onlar sufizmin əsasında diqqəti başqa şeyə yönəltməlidirlər - ləyaqətin və ya əxlaqın inkişafına, Allahı anmağa, zikr etməyə. Onlar əcaib tələblərdən qaçmalıdırlar.

İBRAHİM QAMARD NECƏ MÜSƏLMAN OLDU

- Siz 1984-cü ildə İslam yolunu tutdunuz. Siz nə vaxt aşkar etdiniz ki, müsəlman olmaq istəyirsiniz?

- Mən xristian kimi böyümüşəm. Kollecdə mistikanı öyrənirdim. Bir neçə il sonra başa düşdüm ki, mən Sufizmə daha yaxınam, nəinki başqa bir dini dünyagörüşünə.
Mövləvinin məşhur fırlanma hərəkətləri ilə dua etmə ayininə 1953-cü ildə icazə verildi
O zaman hələ bilmirdim ki, Sufizm islamın dəyər ölçüsüdür. İslam haqda çox oxuduqca anladım ki, sufilər həmişə mömin müsəlman olublar və mən həqiqi sufi olmaq istəyirəmsə, mütləq islamı qəbul etməliyəm. Mən belə də etdim və tez zamanda namaz dualarına vuruldum.

TÜRKİYƏDƏ MÖVLƏVİLİK ZƏİFLƏDİLİB

- Siz Mövləvi şeyxi oldunuz. Qəbul törənini təsvir edərdinizmi?


- Bu, addımbaaddım baş verdi. Əvvəla mənə Mövlanə Ruminin 22-ci nəsildən birbaşa törəməsindən - bizim rəhbərimizdən zəng gəldi. Mənə deyildi ki, o, mənim Mövləvi şeyxi olmağıma icazə verib. İstanbula növbəti səfərimdə mənə rəhbərin qol çəkdiyi Osmanlı türkcəsində yazılı icazə verildi. O vaxtı məscidin yuxarı başında sadə mərasim oldu. Orada yaşlı Mövləvi məni şeyxliyə qəbul etdi. Mən Mövləvilərin qara əbasında idim. Biz dizi üstə, üzbəüz oturmuşduq. O vaxt o, Qurandan ərəbcə ayələr söylədi, şeyxliyə qəbul üçün türkcə dualar oxudu. Bundan sonra şeyx əmmaməsini mənim başıma qoydu.

- Mövləvinin daxili iyerarxiyası və strukturu bir neçə əsrlər qabaqkı kimidirmi? Deyilsə, fərq nədir?


- Əsas fərqlər çoxdur. Ənənəvi iyerarxiya və struktur Osmanlı İmperiyasından bir çox əsrlər ərzində tam dəstək alırdı. Ancaq 1925-ci ildə Osmanlını əvəz edən Türkiyə Respublikası elan etdi ki, bütün Sufi təriqəti, sənəti və adları qanunsuzdur. Mövləvilərin bütün binaları, xüsusiyyətləri və əmlakları müsadirə olundu. Mövləvinin məşhur fırlanma hərəkətləri ilə dua etmə ayininə isə 1953-cü ildə icazə verildi. Mövləvi ənənəsi çox zəiflədilib və sufi təşkilatının fəaliyyəti Türkiyədə hələ də qadağandır.

/Tərcümə edəni: Şahnaz Bəylərqızı/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG