Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:28

Erməni tərəfi Azərbaycan əsgərinin öldürüldüyünü deyir


Erməni birləşmələri bu gün Dağlıq Qarabağda bir Azərbaycan əsgərinin öldürüldüyünü xəbər verir.

Separatçıların hərbi saytında getmiş məlumata görə, əsgər cəbhənin şimal-şərqində, Azərbaycan birləşməsinin hücumu dəf edilərkən öldürülüb.

Erməni tərəfi itki vermədiklərini deyir.

Azərbaycanın müdafiə nazirliyi hələləlik məsələyə münasibət bildirməyib.

Azərbaycanın müdafiə nazirliyi ötən şərşənbə axşamı cəbhə xəttində baş vermiş toqquşmada 2 Azərbaycan və 3 erməni əsgərinin öldüyünü bildirmişdi.

Ermənistan tərəfi isə bu toqquşmada itki vermədiyini bildirib.
/Reuters/

Günün bütün mövzuları

XS
SM
MD
LG