Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

«Gürcüstanla siyasi konfederasiya real deyil»


Zərdüşt Əlizadə
«Gürcüstanla-Azərbaycanın konfederasiya yaratması ancaq deyilmiş arzudur, ancaq hazırda tamamilə real deyil».

Bunu «Qafqaz Qovşağı» verilişində politoloq Zərdüşt Əlizadə deyib. O hesab edir ki, iki ölkənin siyasi quruluşunda çox ciddi fərqlər var:

«Hər iki ölkədə hakimiyyətin ideoloji əsasını unutmamalıyıq. Həm Gürcüstanda, həm Azərbaycanda müstəqillik nə isə müqəddəs, bahalı, dəyərli bir şeydir. Konfederasiya bu iki ölkənin suverenliyindən imtina etməsi deməkdir. Biz Sovet İttifaqından yenicə çıxmışıq, konfederasiyada isə tərəflər suverenliyinin bir hissəsindən imtina etməli və konfederasiya hökumətinə verməlidirlər. Məncə, bu, xalq arasında populyarlıq tapmayacaq».

Gürcüstandan siyasi şərhçi Demur Qiorxelidze hesab edir ki, iki ölkə ortaq maraqlarından çıxış edərək ortaq dil tapa bilər:

Demur Qiorxelidze
«Cənubi Qafqaz geosiyasi baxımdan vacib ərazidir... Növbəti 30-40 ildə baş verəcək bütün hadisələr məhz bu məkanda olacaq. Bütün dünya qüvvələri diqqətini məhz bu məkana cəmləşdirəcək. Bu, bizim ölkələrimiz üçün böyük yükdür. Üstəlik, Qafqaz çoxlu silahın cəmləndiyi analoqu olmayan ərazidir. Bu isə Cənubi Qafqazı «barıt çəlləyi»nin üstünə qoyur».

Verilişə Yerevandan qoşulan «Qafqaz Forum» təşkilatının koordinatoru Qaqik Avakyanın fikrincə, konfederasiya problemləri aradan qaldıran vasitə ola bilər:

«Tanınan və tanınmayan bütün subyektlərin konfederasiyası mövcud və yeni münaqişələrin yaranmasının qarşısını ala bilər. Mənim üçün məhz bu yol - münaqişənin həlli üçün konfederasiya yolu daha perspektivlidir, nəinki həll olunmuş münaqişə yolu konfederasiya üçün».

XS
SM
MD
LG